UnionMoto olaraq fəal üzvlərimizi mükafatlandırmaq əsas prinsiplərimizdəndir. Klub daxilində etdiyiniz hər bir faydalı və iştirak yönümlü fəaliyyət sizə xal qazandırır. Bu xallar reytinqinizi yüksəldir və sizə xüsusi imkanlar, endirimlər və üstünlüklər qazandırır.
Aşağıdakı fəaliyyətlərə görə xal əldə edə bilərsiniz:
Fəaliyyət | Qazandığınız Xal |
---|---|
💳 10 AZN və üzəri hər alış-veriş üçün | Ödədiyiniz məbləğin 10%-i qədər xal |
🎉 Hər tədbir/partidə iştirak | 20 xal |
🎓 Hər seminarda iştirak | 20 xal |
🛣️ Yürüşlərdə iştirak | 50 xal |
🤝 Sosial layihələrdə iştirak | 65 xal |
👥 Yeni üzv dəvəti | 40 xal (üzv qeydiyyatdan keçdikdən sonra) |
📱 Instagram, TikTok, YouTube və Facebook səhifələrimizi izləmək | Hər biri üçün 10 xal (screen görüntüsü tələb olunur) |
🎥 Bizim haqqımızda keyfiyyət standartlarına uyğun motovlog videosu hazırlamaq | 100 xal (ayda maksimum 2 video eyni istifadəçidən) |
Qeyd: Xal qazanmaq üçün bəzi fəaliyyətlərdə sübut tələb olunur (məsələn, sosial şəbəkə izləmələri üçün screenshot, motovlog üçün link və ya fayl).
UnionMoto üzvləri arasında sağlam rəqabəti təşviq etmək və motivasiyanı artırmaq üçün hər ay TOP-50 lider siyahısı hazırlanır. Bu siyahı üzvlərin ay ərzində topladığı xallar əsasında tərtib olunur.
Hər ay birinci yerə yüksələn şəxsə əlavə olaraq 50 bonus xal verilir.
Həmin şəxs UnionMoto-nun sosial platformalarında paylaşılmaq üçün xüsusi video müsahibə və təqdimat ilə tanıdılır.
Ayın lideri həmçinin gələcək tədbirlərdə qonaq qismində dəvət alaraq fəallığı ilə digərlərinə nümunə olur.
Bu sistem həm şəxsi nailiyyətləri dəyərləndirir, həm də UnionMoto icmasını daha yaxın və canlı saxlayır. Ayın lideri bəlkə də sən olacaqsan! 🔥
Qeyd: Top-50 sistemi İyul ayından tətbiq olunacaq!.